İbtidai icma quruluşu. Daş dövrü
Eneolit (mis-daş dövrü)
Eneolitə “Mis-Daş” dövrü demələrinin səbəbi çox sadədir:
— Mis var, amma çox yumşaqdır… — Daş var, amma çox sərtdir…
İnsan isə ikisini birlikdə işlətməyi lazım bilir.
Bu dövrdə nələr olur?
Mis yumşaq olduğu üçün tez korlanırdı. Ona görə alətlərin çoxu yenə daşdan hazırlanırdı. İlk kənd icmaları yaranır, ağsaqqallar söz sahibinə çevrilir. Evlər dairəvi formadadır, çiy kərpic və möhrədən (palçıq və saman) tikilir. Heyvanların hamısı artıq əhilləşmişdir. Sonuncu əhilləşdirilən atdır. (Sübutu – Cəlilabad tapıntıları).
Toxa hələ də əsas əmək alətidir. Əkinçilik yenə qadınların “sahə idarəsi” sayılır. Ana xətti ilə qohumluq – anaxaqanlıq davam edir. Qeyri-adi dəfn adətləri (Ölüləri bəzən evin içində və ya yaxınlığında dəfn edir, üzərlərinə oxra – qırmızı boya səpirdilər. Bu boyanın həyat gücünü simvolizə etdiyini düşünürdülər).
Yekun
- Mis yayılır
- Toxa əsas alət olaraq qalır
- Anaxaqanlıq davam edir
- At əhilləşdirilir
- Ağsaqqalların rolu artır
- Dairəvi evlər tikilir